Gəncədə qətl törədərək qaçan şəxs saxlanılıb


Digərləri 26 Dek 2018 11:43:00 357 0

Gəncədə qətl törədərək qaçan şəxs saxlanılıb

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ağır cinayət törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Bakı. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ağır cinayət törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. DİN Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, qəsdən adam öldürməkdə şübhəli bilinərək axtarışda olan Gəncə şəhər sakini Elməddin Əliyevin “Mercedes” markalı mikroavtobusda sərnişin qismində şəhəri tərk etməsi barədə dekabrın 25-də Gəncə Şəhər Baş Polis İdarəsinə məlumat daxil olub.