MKİ dünyanın ən çox silahlanan ölkələrinin adlarını açıqladı


Dünya 26 Dek 2018 11:31:00 453 0

MKİ dünyanın ən çox silahlanan ölkələrinin adlarını açıqladı

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) ÜDM-ə nisbətdə büdcəsindən silahlanmaya daha çox vəsait sərf edən ölkələrin siyahısını açıqlayıb.

Son.az bu barədə report-a istinadən məlumat verir.

MKİ-nin "World Factbook" məlumatlarına əsasən, siyahıda birinci yeri ÜDM-inin 13,73%-ni silahlanmaya xərcləyən Oman tutur. Cənubi Sudan (10,93%) ikinci, Səudiyyə Ərəbistanı (9,85%) üçüncü sırada qərarlaşıb.