PAŞA Bank yerli bazara yeni valyuta cəlbetmə alətini çıxardı


Digərləri 26 Dek 2018 11:10:16 473 0

PAŞA Bank yerli bazara yeni valyuta cəlbetmə alətini çıxardı

PAŞA Bank xarici valyutada pul axınlarının cəlb edilməsi istiqamətində yerli bazar üçün yeni bir alətin tətbiqinə başlayıb.

Bakı. Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun, xüsusilə turizm və iaşə/yerləşdirmə sahəsinin inkişafına töhfə verməklə ölkənin aparıcı korporativ bankı PAŞA Bank xarici valyutada pul axınlarının cəlb edilməsi istiqamətində yerli bazar üçün yeni bir alətin tətbiqinə başlayıb. 2018-ci ilin dekabr ayından etibarən PAŞA Bank ölkədə ilk dəfə olaraq milli valyutanın xarici bazarlarda satışına başlayıb. PAŞA Bankın Xəzinədarlıq Departamentinin direktoru Ceyhun Hacıyevin dediklərinə əsasən, Azərbaycanda iqtisadiyyatın aparıcı sektorlarının inkişafı naminə təsdiq edilmiş 12 strateji yol xəritəsinin fəal işləməsi ölkənin regional və dünya miqyasında mövqelərini gücləndirir və bu, ilk növbədə ölkədə cəlbedici investisiya mühitini formalaşdırır və ölkə hüdudları daxil olmaqla milli valyutaya olan tələbin davamlı artımına şərait yaradır.