Ər arvadını öldürüb, 7 ay Facebookundan status paylaşdı


Dünya 26 Dek 2018 10:41:00 319 0

Ər arvadını öldürüb, 7 ay Facebookundan status paylaşdı

Cərrah keçmiş həyat yoldaşını öldürüb, sonra da şübhəni öz üzərindən atmaq üçün 7 ay boyunca onun Facebook hesabını yeniləyib.

Son.az xarici mətbuata istinadla xəbər verir ki, Dr Dharmendra Pratap Singh keçmiş xanımı Rakhi Srivastava-nın qətlinə görə saxlanılıb.

Qadın iyun ayından bəri axtarışda idi. O, Singh-dən boşandıqdan sonra yenidən ərə gedib.

Əvvəlcə qadının ikinci əri şübhəli kimi saxlanılsa da, sonradan məlum olub ki, cinayəti törədən şəxs onun birinci həyat yoldaşıdır. O, qadını öldürdükdən sonra onun Facebook hesabında tez-tez statuslar paylaşıb.


Xəbərə aid fotolar