Beynəlxalq Muğam Mərkəzinin 10 illiyi münasibətilə tədbir keçiriləcək


Digərləri 26 Dek 2018 10:31:00 454 0

Beynəlxalq Muğam Mərkəzinin 10 illiyi münasibətilə tədbir keçiriləcək

Beynəlxalq Muğam Mərkəzinin fəaliyyətə başlamasının 10 ili tamam olur.

Bakı. Beynəlxalq Muğam Mərkəzinin fəaliyyətə başlamasının 10 ili tamam olur. Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, dekabrın 27-də Beynəlxalq Muğam Mərkəzində əlamətdar yubiley münasibətlə tədbir keçiriləcək. Tədbirdə əvvəlcə mərkəzin muzey hissəsində “Qədim musiqi alətləri ekspozisiyası”nın təqdimatı olacaq. Sonra görkəmli muğam ustadlarının büstlərinin qarşısında “İnteraktiv lövhələr” təqdim ediləcək.