Görkəmli bəstəkar Qara Qarayev haqqında kitab çap olunub


Digərləri 26 Dek 2018 09:14:48 517 0

Görkəmli bəstəkar Qara Qarayev haqqında kitab çap olunub

Mədəniyyət Nazirliyi tərəfindən Munisə Abdullayevanın “Qara Qarayevin kamera-instrumental yaradıcılığında polifonik formalar” kitabı çap edilib.

Bakı. Mədəniyyət Nazirliyi tərəfindən Munisə Abdullayevanın “Qara Qarayevin kamera-instrumental yaradıcılığında polifonik formalar” kitabı çap edilib. Kitab Azərbaycan Prezidentinin “Görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin 100 illik yubileyi haqqında” 17 oktyabr 2017-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar hazırlanmış tədbirlər planına uyğun olaraq işıq üzü görüb. Nazirlikdən Trend-ə verilən məlumata görə, 3 fəsildən ibarət kitabda Qara Qarayevin kamera-instrumental yaradıcılığında polifonik formalardan bəhs edilir.