Cənubi Koreya prezidentinin reytinqi ən aşağı səviyyəyə düşüb


Dünya 26 Dek 2018 07:55:00 350 0

Cənubi Koreya prezidentinin reytinqi ən aşağı səviyyəyə düşüb

Cənubi Koreyanın prezidenti Mun Ce-inin ölkədə reytinqi getdikcə zəifləyərək, ötən həftə ən aşağı həddə düşüb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu fakt "Realmeter" təşkilatının 2513 nəfər arasında keçirdiyi rəy sorğusunun nəticələri əsasında müəyyən olub.

Sorğuda iştirak edənlərin cəmi 47,1 faizi Mun Ce-inin prezidentlik fəaliyyətini dəstəklədiklərini bildiriblər. Bu rəqəm əvvəlki sorğunun nəticələri ilə müqayisədə 1,4 faiz aşağı olmaqla yanaşı, 2017-ci ilin mayında dövlət başçısı seçilən Mun Ce-inin prezident kimi ən aşağı reytinqinin göstəricisidir.