Çinin LNG idxalında yeni rekord qeydə alınıb


Dünya 26 Dek 2018 07:28:00 448 0

Çinin LNG idxalında yeni rekord qeydə alınıb

Noyabrda Çinin mayeləşdirilmiş təbii qaz (LNG) idxalında yeni rekord qeydə alınıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, noyabrda ölkəyə ötən ilin eyni dövrü ilə müqayisədə 48,5 faiz çox (5,99 milyon ton) LNG idxal edilib. Yanvar-noyabr aylarında isə LNG idxalı ötən ilin 11 ayına görə 43,6 faiz artaraq 47,52 milyon ton olub.

Qeyd edək ki, Çində "mavi yanacağ"a tələbatın artması ölkədə hava çirkliliyi ilə mübarizə tədbirləri çərçivəsində istilik təchizatı sistemində və sənayedə daş kömürdən imtina edilməsi ilə bağlıdır.