Dünyanın ən böyük buz və qar festivalı keçirilir FOTO


Digərləri 26 Dek 2018 07:14:00 567 0

Dünyanın ən böyük buz və qar festivalı keçirilir  FOTO

Çinin Xeyluncian vilayətinin inzibati mərkəzi olan Xarbin şəhərində ənənəvi beynəlxalq buz və qar festivalı işə başlayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, 1963-cü ildən keçirilən və dünyada bu növ ən böyük tədbir hesab olunan Xarbin festivalı çərçivəsində yüzlərlə müxtəlif tədbir, o cümlədən buzdan və qardan düzəldilən fiqurların sərgi və müsabiqəsi, donmuş Sonqxua çayında üzgüçülük turniri daxil olmaqla müxtəlif qış idman növləri yarışları təşkil olunacaq.

Gələn il fevralın 28-dək davam edəcək festivalın ən çox maraq doğuran hissəsi "Buz və qar dünyası" sərgisidir. Sahəsi 600 min kvadratmetr olan bu sərgidə buzdan və qardan düzəldilmiş müxtəlif ölçülərdə yüzlərlə bina və qəsrlər, cizgi film qəhrəmanlarının heykəlləri, müxtəlif fiqurlar nümayiş olunur. Ümumilikdə 10 minə yaxın usta və mütəxəssis 15 gün ərzində 110 min kubmetr buz və 120 min kubmetr qardan istifadə edərək həmin heykəl, fiqur və binaları düzəldiblər.


Xəbərə aid fotolar