Bakıda makiaj, saç düzümü və paltar üzrə beynəlxalq müsabiqə keçiriləcək (FOTO)


Digərləri 26 Dek 2018 01:41:00 480 0

Bakıda makiaj, saç düzümü və paltar üzrə beynəlxalq müsabiqə keçiriləcək (FOTO)

Dünya gözəllik konqresi gələn il 10 fevralda Bakıda makiaj və saç düzümü, həmçinin paltar üzrə dünya çempionatı keçirmək qərarındadır.

Bakı. Dünya gözəllik konqresi gələn il 10 fevralda Bakıda makiaj və saç düzümü, həmçinin paltar üzrə dünya çempionatı keçirmək qərarındadır. Trend-in məlumatına görə, bu qərara başlıca səbəblərdən biri Azərbaycan tərəfindən çox sayda ölkə üçün tətbiq edilən sadələşdirilmiş viza rejimidir. Daha əvvəl çempionat Xorvatiya, Rumıniya, Serbiya və keçən il Dubayda keçirilib. Dünyanın aparıcı stilistləri və moda dizaynerləri Bakıya toplaşacaq, həmçinin Bakıda mətbuat konfransında, Dünya Konqresinin Qitə Direktorlar Şurasında yeni böyük layihələr elan ediləcək. Qeyd edək ki, Meksika, Rusiya, Birləşmiş Ərəb Əmirlikləri, Xorvatiya, ABŞ, Rumıniya, Azərbaycan, Macarıstan, İsrail, Serbiya, Hindistan, Sloveniya, Qazaxıstan, Moldova, Qırğızıstan və Zambiya milli komandaları kvalifikasiyadan keçib. Asiya, Cənubi Amerika və Avropa ölkələrində kvalifikasiya dərəcəsi yanvarın 22-dək davam edəcək.