Samuxda minik və yük maşınları toqquşub, yaralılar var


Digərləri 25 Dek 2018 23:52:00 522 0

Samuxda minik və yük maşınları toqquşub, yaralılar var

Samux rayonunun Çobanabdallı kəndində 2 nəfərin yaralanması ilə nəticələnən yol qəzası olub.

Son.az "Report"a istinadən bildirir ki, "VAZ-2107" markalı avtomobilin yük maşını ilə toqquşması nəticəsində "VAZ"da olan Çobanabdallı kənd sakinləri - 1980-ci il təvəllüdlü Sərxan Elsəvər oğlu Nəbiyev və onun 1994-cü il təvəllüdlü həmyerlisi Ələddin Xalis oğlu Abdullayev müxtəlif bədən xəsarətləri alıb.

Hər iki yaralı öncə Gəncə şəhər 3 saylı Təcili Tibbi Yardım Xəstəxanasına, daha sonra isə yaxınlarının istəyi ilə Gəncə şəhərində yerləşən özəl tibb müəssisələrindən birinə aparılıb.

Yaralılardan birinin yaxınları Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Reanimasiya şöbəsində olan növbətçi həkimə və tibb işçilərinə təzyiq göstərərək onları vurmağa çalışıb və bu səbəbdən xəstəxanada kiçik insident baş verib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Daha əvvəl Cəlilabad rayonunda ağır yol qəzası baş verib.