Elmar Məmmədyarov kollegiya iclası keçirdi FOTO


Siyasət 25 Dek 2018 23:46:00 530 0

Elmar Məmmədyarov kollegiya iclası keçirdi  FOTO

Bu gün Xarici İşlər Nazirliyinin (XİN) geniş tərkibli kollegiya iclası keçirilib.

Son.az-a nazirlikdən verlən məlumata görə, iclasın əvvəlində iştirak etmiş XİN-in keçmiş nazir müavini, hazırda Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Aparatının rəhbəri Xələf Xələfov çıxış edərək 27 il ərzində XİN-də göstərdiyi fəaliyyətdən və bu müddətdə nazir müavini vəzifəsində Azərbaycan Respublikasının xarici siyasətinin həyata keçirilməsində keçdiyi şərəfli yoldan bəhs edib. Nazirliyin rəhbərliyi və kollektivi adından ölkəmizin xarici siyasətinin uğurla həyata keçirilməsinə verdiyi töhfə üçün Xələf Xələfova minnətdarlıq bildirildi və gələcək fəaliyyətində ona müvəffəqiyyətlər arzu edilib.

Daha sonra kollegiya iştirakçıları XİN-in cari il ərzində həyata keçirdiyi fəaliyyətinin yekunları, o cümlədən bölgədə və yaxın qonşuluqda mövcud olan təhdid və çağırışlar, habelə bu il paytaxtımızın ev sahibliyi etdiyi Qoşulmama Hərəkatının Nazirlər konfransı və ölkəmizin bu təşkilata qarşıdan gələn sədrliyi, Xəzər dənizinin hüquqi statusu üzrə Konvensiyanın razılaşdırılması, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına sədrliyimiz və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparıb. İclasda, həmçinin 2019-cu ildə Azərbaycan Respublikasının diplomatik xidmətinin 100 illiyinin qeyd olunması ilə bağlı müzakirələr aparldı və bu xüsusda tədbirlər planı nəzərdən keçirilib.

İclası yekunlaşdıran xarici işlər naziri Elmar Məmmədyarov nazir müavinləri və idarə rəhbərlərini, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi xarici siyasət hədəflərinə nail olunması məqsədilə qarşıdan gələn il ərzində praqmatik və çoxşaxəli xarici siyasət fəaliyyətinin irəliləməsi istiqamətində səylərin artırılmasına çağırıb.


Xəbərə aid fotolar