Həm havada, həm də suda gedən dron


Digərləri 25 Dek 2018 22:45:00 708 0

Həm havada, həm də suda gedən dron

Dronlar tərəfindən çəkilən videoların dinamik görünüşü insanların marağını çəkir. Təbiətə fərqli bir gözlə baxmamızı təmin edən bu cihazlar bir müddət əvvəlinə qədər yalnız hava mühitində istifadə edilə bilirdi. ABŞ-da hazırlanmış Naviator adlı dron, təbiətdəki sərhədləri qaldıraraq həm havada, həm də suda istifadə edilir.

Son.az deyerler.org-a istinadən bildirir ki, texnologiyanın son möcüzələrindən biri olan dronlar, son dövrdə bazar payını böyük nisbətdə artırıb. Bu səbəblə də, bu sahədə aparılan araşdırma və istehsal fəaliyyətləri də eyni sürətlə artır. Hələ inkişafı davam edən dronlar artıq yalnız havada deyil, suda da istifadə edilə bilir.

Video çəkilişləri xaricində yanğın söndürmə fəaliyyətləri, inşaat sahəsində məhsul daşınması kimi bir çox işi görən dronların bazar payının, Goldman Sachs Research göstəricilərinə görə 2016 ilə 2020-ci illər arasında 100 milyard dolları aşması gözlənilir. Dron sənayesində iş sahələrini genişlədəcək və bazar payına böyük qatqı təmin edəcək suda və havada gedə bilən dron, ABŞ-da Rutgers Universitetində bir texnologiya qrupu tərəfindən hazırlandı.