Aya ilk uçuş Apollo 8


Dünya 25 Dek 2018 22:35:00 288 0

Aya ilk uçuş Apollo 8

1968-ci ilin Milad gecəsi NASA kosmonavtları Bil Anders, Franks Borman və Cim Lovel o vaxta qədər heç kəsin etmədiyini edərək Ayın orbitinə səfərə çıxır.

Son.az "Amerikanın səsi"nə istinadən bildirir ki, Apollon 8 ilk növbədə Yer ətrafında olaşaraq tapşırıq və ay modullarını test etmək üçün hazırlanmış missiya idi. Ancaq Soyuq Müharibənin qızğınlığı Lovel və həmkarlarını bu missiyanı daha da inkişaf etdirməyə həvələndirirdi.

"Bizdə kəşfiyyat məlumatı var idi ki, Rusiya Ayın ətrafında dolaşmaq üçün bir və ya iki nəfər göndərməyi planlaşdırır. Beləcə onlar bu sahədə hər kəsdən üstün olduqlarını sübut edəcəkdilər." - deyə, Cim Lovel bildirib.

50 il əvvəl Floridanın Keyp Kanaveralından yola çıxan Apollo 8 gəmisinin ekipajı rusları qabaqlayaraq tarix yazmağı bacarır.

Endryu Conston Cim Lovelin kosmonavt kostyumu və Apollo 8-in uçuş məlumat kitabının sərgiləndiyi Çikaqo Adler Planetariumunda Atronomiya və Koleksiyonlar üzrə vitse-prezidentdir.

"Hər kəs Aya ilk dəfə ayaq basan Apollo 11-i xatırlayır. Amma Apollo 8 ilə insanlar Aya bu qədər yaxın olmağı bacarmışdı. Bu insanın ilk dəfə Yerin ətrafından uzaqlaşdığı və Ayın uzaq tərəflərini insan gözü ilə gördüyü tarixi bir an idi." - deyə, Endryu bildirib.