Quran hafizi bu 5 vəzifəni yerinə yetirməlidir


Digərləri 25 Dek 2018 21:50:00 515 0

Quran hafizi bu 5 vəzifəni yerinə yetirməlidir

Quran hafizinin ən böyük vəzifəsi budur ki, Allahın ona inayət etdiyi bu nemətə görə lovğalanmasın. Başqalarına təkəbbür etməsin. İmam Sadiq (ə) buyurur: "Yüksək səslə Quran hafizinə deyərlər: "Ey Quran hafizi! İnsanların arasında Quran vasitəsilə təvazökar ol ki, Allah səni əziz etsin. Təkəbbürdən çəkin ki, səni zəlil və xar etməsin"".

Quran əzbərləməyin əvvəlində ədəb qaydaları vardır. Sonu da xüsusi ədəb və vəzifələrlə birlikdədir. Bu vəzifələrlə tanış olaq:

1. Təvazökarlıq. Quran hafizi əldə etdiyi bu nemətə görə təkəbbür etməməli və sadəliyini, təvazökarlığını qorumalıdır.

2. Qurana əməl etmək. Quran, hidayət edən bir kitabdır. Quranın ən ali hədəfi - bəşəri səadətə doğru hidayət etməkdir. Ona görə də Quran hafizinin vəzifələrindən biri də Quranın buyurduqlarına həyatda əməl etməkdir.

3. Əzbərlədiklərini qorumaq. Quran hafizinin vəzifələrindən biri də öyrəndiklərini və əzbər bildiklərini qorumaq və unutmamaqdır. İmam Sadiq (ə) buyurur: "Hər kim Qurandan bir surə unudar, o surə gözəl simada və behiştin uca dərəcəsində onun üçün aşkar olar.

Son.az deyerler.org-a istinadən bildirir ki, onu görən kimi deyər: "Sən kimsən ki, bu qədər gözəlsən? Kaş ki, mənim olaydın?".