BDUda qalmaqal: Rəbiyyət Aslanova hüquqşünası polisə verdi


Digərləri 25 Dek 2018 21:57:00 347 0

BDUda qalmaqal: Rəbiyyət Aslanova hüquqşünası polisə verdi

Bakı Dövlət Universitetində yeni qalmaqal baş verib.

Son.az axar.az-a istinadən bildirir ki, keçmiş millət vəkili, hazırda BDU-nun Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kaferasının müdiri olan Rəbiyyət Aslanova universitetin hüquqşünası Tamilla Çələbiyevadan polisə şikayət edib. Səbəb isə kafedrada işləyən gənc xanımla Hüquq fakültəsinin tələbəsi arasında sevgi münasibətləri olub. Tələbənin valideynləri universitetə gələrək, həmin xanımın onların övladına hər gün mesajlar yazdığını və bu münasibətdən narahat olduqlarını bildiriblər.

İddiaya görə, kafedrada baş verən insidentə universitetin hüquqşünası müdaxilə edib və gənc xanımdan şikayətlə bağlı izahat istəyib. Bundan xəbər tutan R.Aslanovanın həmin xanımı müdafiə etməsi onun T.Çələbiyeva ilə toqquşmasına səbəb olub. Nəticədə T.Çələbiyevadan polisə şikayət olunub.

Məsələ ilə bağlı saytımıza açıqlama verən T.Çələbiyeva bildirib ki, ondan polisə R.Aslanova deyil, sözügedən, adının açıqlanmasını istəmədiyi laborant şikayət edib.

T.Çələbiyeva R.Aslanova ilə aralarında heç bir problem olmadığını da deyib:

"Bir xanımın valideynləri rektorun qəbuluna gəlmişdilər. Rektor olmadığına görə, onlardan nə ilə bağlı rektorun qəbulunda olmaq istədiklərini soruşdum. Bildirdilər ki, R.Aslanovanın kafedrasında çalışan laborantla bağlı şikayətləri var. Mən onları dinlədim, daha sonra onların müraciətinə əsasən şikayət etdikləri həmin xanımı çağırdım. Bu isə Rəbiyyət xanımın xoşuna gəlməmişdi ki, onun işçisini niyə çağırmışam".