“Yanğın işi”ndə zərərçəkənləri məhkəməyə polis gətirəcək


Digərləri 25 Dek 2018 21:36:00 328 0

“Yanğın işi”ndə zərərçəkənləri məhkəməyə polis gətirəcək

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Respublika Narkoloji Mərkəzində baş verən yanğınla bağlı həbs edilənlər - Mərkəzin direktoru Telman Məmmədhəsənov, Mərkəzin əməyin təhlükəsizliyi üzrə mühəndisi, əməyin mühafizəsi mühəndisi Mahir Abdullayev, yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədov və onun həkimi, şöbə müdiri Afət Məmmədovanın məhkəmə prosesi davam etdirilib.

Son.az "Report"a istinadən bildirir ki, prosesə sədrlik edən hakim Azər Paşayev bildirib ki, zərərçəkənlər və şahidlər dəfələrlə məhkəməyə çağırılsalar da, gəlmirlər.

Buna görə onların barəsində məcburi gətirilmə qərarı çıxarılıb.