411 Gürcüstan vətəndaşı Avropa ölkələrindən


Dünya 25 Dek 2018 21:37:00 182 0

411 Gürcüstan vətəndaşı Avropa ölkələrindən

Cari ilin avqust-noyabr aylarında 411 Gürcüstan vətəndaşı Avropa ölkələrindən deportasiya olunub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatında qeyd olunub. Məlumatda bildirilir ki, Gürcüstan vətəndaşları ən çox Almaniyadan (152 nəfər) deportasiya olunublar. Gürcüləri deportasiya edən ölkələr sırasında ikinci yerdə Avstriya (74 nəfər), üçüncü yerdə isə Fransa dayanır (70 nəfər).