SSRİni bərpa edək: Sovet dövrünün xiffətini kimlər çəkir


Digərləri 25 Dek 2018 21:23:00 858 0

SSRİni bərpa edək: Sovet dövrünün xiffətini kimlər çəkir

Polşanın "Newsweek" jurnalı keçirilmiş sorğunun nəticələrinə istinadən bildirir ki, Rusiya əhalisinin üçdə ikisi SSRİ-nin dağılmasına görə təəssüf hissi yaşayır. Onların 30 faizi gənclərdir. Hətta SSRİ dövründə yaşamayanlar belə o çağların həsrətini çəkir.

Yuri Levadı adına müstəqil sorğu mərkəzinin araşdırmaları göstərir ki, son 14 ildə oxşar sorğular zamanı qeydə alınmış nəticələr kölgədə qalıb. 66 faiz SSRİ-nin bərpasını istəyir, 25 faiz isə buna qarşı çıxır.

Son.az musavat.com-a istinadən bildirir ki, SSRİ 22.4 milyard kv.km ərazi ilə dünyada birinci yerdə idi. Hazırda həmin ərazidə 293 milyon insan yaşayır. Onların 146 milyon nəfəri Rusiyanın payına düşür.