Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdədir


Siyasət 25 Dek 2018 21:18:00 530 0

Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdədir

Rusiya Federasiyasının Volqoqrad vilayətinin qubernatoru Andrey Boçarovdan Prezident İlham Əliyevə təbrik məktubu gəlib.

Təbrikdə deyilir: "Hörmətli cənab Prezident. Doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Sizin rəhbərliyinizlə Azərbaycan Respublikasının bundan sonra da uğurlu sosial-iqtisadi inkişafını, nəzərdə tutulmuş investisiya və infrastruktur layihələrinin, o cümlədən Rusiya ilə ikitərəfli strateji tərəfdaşlığa və ölkələrimizin regionları arasında möhkəmlənən qarşılıqlı əlaqələrə əsaslanmaqla, səmərəli reallaşmasını arzu edirəm.

Sizə möhkəm cansağlığı, əmin-amanlıq diləyirəm".

X X X

Rusiya Federasiyası Prezidenti Administrasiyası rəhbərinin müavini Maqomedsalam Maqomedovdan Prezident İlham Əliyevə təbrik məktubu gəlib.

Təbrikdə deyilir: "Hörmətli İlham Heydər oğlu. Doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Siz müdrik və məsuliyyətli, öz vətəndaşlarının firavanlığının qeydinə daim qalan, Xəzər regionunda sabitliyin qarantı kimi çıxış edən, Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında ikitərəfli əlaqələrin strateji inkişafını hədəf seçmiş rəhbər kimi haqlı olaraq yüksək nüfuz və hörmət qazanmısınız.

Sizə möhkəm cansağlığı, uğurlar, dost Azərbaycan xalqının firavanlığı naminə yeni zəfərlər arzulayıram".

X X X

Çexiya-Azərbaycan Elm və Mədəniyyət Mərkəzinin sədri professor Azər Kərimovdan:

"Hörmətli cənab Prezident. Azərbaycan xalqının rifahı, xoşbəxt gələcəyi, torpaqlarımızın işğaldan azad olunması, Vətənimizin bütövlüyü naminə apardığınız səmərəli müasir daxili və xarici siyasəti dəstəkləyir, Avropa-dünya məkanında təbliğ edirik.

Müstəqil Azərbaycan Respublikasının tərəqqisi və sivil ölkələr sırasında inkişaf etməsi üçün gördüyünüz işləri həmişə yüksək qiymətləndirmişik, bu gün də qiymətləndiririk.

Çex Respublikasının nüfuzlu ziyalılarını, elm xadimlərini, soydaşlarımız olan tələbələri, iş adamlarını öz tərkibində birləşdirən Çexiya-Azərbaycan Elm və Mədəniyyət Mərkəzi adından Zati-aliləri, Sizi doğum gününüz, qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edir, Sizə ən xoş arzularımızı bildiririk.

Arzu edirik ki, həyatınızın hər anı Azərbaycan xalqının rifahı naminə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə yeni uğurlar gətirsin. Tanrı Sizi qorusun".

X X X

Beynəlxalq Sənayeçilər və Sahibkarlar Konqresi Şurasının sədri, Moldova Milli Sənayeçilər və Sahibkarlar Konqresinin prezidenti Vasili Tarlevdən:

"Möhtərəm cənab Prezident. Doğum gününüz münasibətilə 30 dövlətin işgüzar dairələrinə aid təşkilatları birləşdirən Beynəlxalq Sənayeçilər və Sahibkarlar Konqresi, Moldova Milli Sənayeçilər və Sahibkarlar Konqresi adından və şəxsən öz adımdan ən səmimi təbriklərimizi qəbul edin.

Sizin üçün bu əlamətdar gündə Sizə səmimi qəlbdən firavanlıq, əla əhval-ruhiyyə və nikbinlik arzu edirik.

Siz öz insani və işgüzar keyfiyyətləriniz sayəsində haqlı olaraq Sizi tanıyan insanların hörmətini qazanmısınız. İşləriniz həmişə uğurlu olsun.

Sizə xoşbəxtlik, tükənməz yaradıcılıq qüvvəsi, möhkəm cansağlığı, firavanlıq, Azərbaycan xalqının rifahı və beynəlxalq birlik naminə çoxşaxəli fəaliyyətinizdə və təşəbbüslərinizdə yeni uğurlar arzulayırıq.

Qoy dostlarınızın və doğmalarınızın dəstəyi bütün maneələri aradan qaldırmaqda Sizə kömək etsin, hər yeni gün Sizə sevinc gətirsin!"

X X X

Rusiya Müsəlmanları Ruhani Məclisinin müftisi, Rusiya Federasiyası İctimai Palatasının üzvü Albir Krqanovdan:

"Möhtərəm İlham Heydər oğlu. İcazə verin Sizi həyatınızda əlamətdar hadisə - doğum gününüz münasibətilə Rusiya Müsəlmanları Ruhani Məclisi adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edim.

Siz respublikaya rəhbərlik edən gündən İslamın sülh, xeyirxahlıq və ədalət prinsiplərini əsas tutaraq, Azərbaycan xalqının rifahı naminə əzmlə çalışırsınız. Siz yorulmaq bilmədən işləyərək özünüzü Azərbaycanın taleyi üçün çox böyük məsuliyyət hiss edən müdrik, qətiyyətli, insanların qayğısına qalan dövlət xadimi kimi göstərə bilmisiniz.

Müasir Azərbaycan sosial-iqtisadi uğurun və millətlərarası sülhün nümunəsi olmaqla bərabər, həm də Sizin səyləriniz sayəsində öz qədim qaynaqlarına qayıdır və özünün əvvəlki tarixi möhtəşəmliyini dirçəldir.

Sizin şərəfli əməyinizə, səxavətli və həssas qəlbinizə görə minnətdarlıq və təşəkkür sözlərimi qəbul edin. Qoy ömrünüzün hər günü sülh, harmoniya və məhəbbətlə dolu olsun!

Sizə çətin işinizdə güc, gümrahlıq, enerji, müdriklik və səbir diləyirik. Allah Sizin bütün xeyirxah işlərinizi, səmimi dualarınızı və ibadətinizi qəbul etsin!"

X X X

Beynəlxalq İdman Atıcılığı Federasiyasının prezidenti Vladimir Lisindən:

"Hörmətli cənab Prezident. Hörmətli İlham Heydər oğlu. Doğum gününüz münasibətilə Sizi bütün atıcılar adından təbrik edirəm.

Bizim idman növünün inkişafına verdiyiniz diqqəti yüksək qiymətləndiririk. 2018-ci il yarışlarında Azərbaycan atıcılarının göstərdiyi nəticələr onların aşkar irəliləməsinə və 2020-ci ildə Tokioda keçiriləcək Olimpiya Oyunlarında iştirak etmək üçün lisenziyalar qazanmaqda yaxşı perspektivləri olduğuna dəlalət edir.

İcazə verin, Sizə gözəl respublikanızın durmadan irəliləməsi üçün zəruri olan cansağlığı, qüvvət və enerji diləyim".

X X X

"Russneft" Neft-Qaz Şirkəti Publik Səhmdar Cəmiyyətinin Direktorlar Şurasının sədri Mixail Qutseriyevdən:

"Hörmətli İlham Heydər oğlu. Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Siz, görkəmli siyasi xadim, haqlı olaraq dünya siyasi elitasının ən parlaq nümayəndələrindən birisiniz. Siz bütün enerjinizi geosiyasi məkanda dövlətinizin mənafelərinin qorunmasına, respublikanın bütün vətəndaşları üçün mənəviyyatın və sosial sabitliyin inkişafına sərf edirsiniz.

Əminəm ki, Sizin müdrik rəhbərliyinizlə Azərbaycan iqtisadi firavanlıq yolunu davam etdirəcək, vətəndaşların rifahının durmadan artmasını bütün dünyaya göstərəcək.

Sizə səmimi qəlbdən Azərbaycanın və onun vətəndaşlarının rifahı naminə yeni zəfərlər, möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq arzu edirəm".

X X X

Kazan şəhərindən "Adalat Farm" MMC-nin baş direktoru Yaqub Zeynalovdan:

"Hörmətli cənab Prezident. Yaxşı Prezident olmaq hər kəsə nəsib olmur, lakin qüdrətli Azərbaycanın Sizin sarıdan bəxti çox gətirib. Öz işinin peşəkarı olmaq əsl istedad tələb edir. Biz, Rusiyada yaşayan bütün azərbaycanlılar Sizi doğum gününüz münasibətilə təbrik edirik. Həmişə bu cür diqqətli, həyatsevər, kreativ, nəzakətli, məqsədyönlü, bütün vəziyyətlərdə iki addım irəlini görməyi bacaran insan kimi qalmağınızı arzu edirik. Biz Sizə quruculuq uğurları, ailə səadəti və adi insan xoşbəxtliyi arzu edirik. Qoy şəxsi həyatınız Sizi işinizdə yeni zəfərlərə ruhlandırsın, işiniz isə Azərbaycanda rifaha və rahat güzərana stimul yaratsın!

Mən öz ölkəmlə və öz Prezidentimlə fəxr edirəm!"

X X X

Mahaçqala şəhəri Azərbaycanlılarının yerli milli-mədəni muxtariyyətinin sədri, Dağıstan Respublikasının rəhbəri yanında millətlərarası münasibətlər şurasının üzvü Rakif Əzizovdan:

"Hörmətli İlham Heydər oğlu. Doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Sizə və bütün Azərbaycan xalqına möhkəm cansağlığı, işinizdə uğurlar və firavanlıq arzu edirəm.

Dağıstan Respublikasında Azərbaycanın on minə yaxın vətəndaşı müvəqqəti yaşayır və işləyir. Dağıstan rəhbərliyi Azərbaycan Respublikasının rəhbərliyi ilə mehriban qonşuluq münasibətlərini qoruyub saxlayır və fəal dəstəkləyir.

Biz, qonşu və qardaş Dağıstan Respublikasında müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşları öz vətənimizlə fəxr edirik. Sizin seçdiyiniz siyasi fəaliyyət xətti həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda bizim vətəndaşların həyatının daim yaxşılaşdırılmasına yönəlib. Qonşu dövlətin vətəndaşlarından bizim vətənimiz və onun rəhbərliyi barədə ən xoş və səmimi sözlər eşitmək bizim üçün çox xoşdur, bu sözlər bizi daha sıx birləşdirir.

"Mahaçqala şəhəri azərbaycanlılarının yerli milli-mədəni muxtariyyəti" Dağıstan rəhbərliyinin dəstəyi ilə altı ildir ki, hər il Azərbaycanın dövlət və xalq bayramlarını, o cümlədən Novruz bayramını, Azərbaycan Respublikası Gününü, Azərbaycanın ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin doğum gününü qeyd edir.

Mahaçqala şəhəri azərbaycanlılarının yerli milli-mədəni muxtariyyəti Azərbaycan vətəndaşlarının həyat fəaliyyətinin müxtəlif sahələrində, miqrasiya siyasəti məsələlərində onları dəstəkləyir, qonşu respublikanın ərazisində azərbaycanlıların rahat yaşamaları üçün onların milli mədəniyyətinin, ənənələrinin, adətlərinin qorunub saxlanmasına və inkişaf etdirilməsinə yönəlmiş tədbirlər keçirir.

Mahaçqala şəhəri azərbaycanlılarının yerli milli-mədəni muxtariyyəti iki qardaş respublikanın xalqları arasında millətlərarası və mədəni münasibətlərin inkişafına verdiyi böyük töhfəyə görə dəfələrlə Dağıstan rəhbərliyi tərəfindən fəxri fərmanlara və təşəkkürnamələrə layiq görülüb, 2018-ci il martın 21-də Novruz bayramına həsr edilmiş tədbirdə Dağıstan Respublikasının Milli Siyasət Nazirliyinin rəhbərliyi tərəfindən "Millətlərarası sülhün və həmrəyliyin möhkəmləndirilməsinə görə" Fəxri nişanı ilə təltif edilib.

Səmərəli işinizə görə Sizə dərin minnətdarlığımızı ifadə edirik. Biz bilirik ki, Sizin sayənizdə bizim ümumi evimiz, bənzərsiz və sevimli Azərbaycan daha da inkişaf edəcək və çiçəklənəcək".

X X X

Gürcüstan parlamentinin deputatı Azər Süleymanovdan:

"Hörmətli cənab Prezident. Sizin sayənizdə Azərbaycan ilə Gürcüstan arasındakı siyasi, iqtisadi və mədəni münasibətlər elə bir həddə çatıb ki, bu, qonşu dövlət müstəvisindən çıxaraq iki dost dövlətin, iki qardaş xalqın rəmzinə çevrilib. Ulu Öndərin apardığı uğurlu xarici siyasətin davamı kimi bu gün soydaşlarımıza göstərdiyiniz böyük diqqət və qayğı hər gün daha geniş vüsət almaqdadır. Biz inanırıq ki, bundan sonra da Ümummilli Liderimizin varisi olaraq bütün sahələrdə soydaşlarımıza məxsusi qayğı ilə yanaşacaq, iki dövlətin hərtərəfli inkişafında çəkdiyiniz zəhmətin bol-bol uğurlarının şahidi olacağıq. Əminlik hissi ilə deyə bilərəm ki, Azərbaycan Sizin rəhbərliyinizlə beynəlxalq aləmdə nüfuzunun möhkəmləndirilməsi yolunda qətiyyətlə irəliləyir və yaxın zamanda ərazi bütövlüyünə nail olacaqdır. Böyük siyasi xadim Heydər Əliyev uzaqgörənliklə Dünya Azərbaycanlılarının Həmrəylik Gününü yaratdığı kimi, möhtərəm İlham Əliyev də işğal olunmuş torpaqları azad edib yeni səhifə açacaq və Azərbaycanın bütövlüyü gününü bizlərə yaşadacaqdır.

Gürcüstanda yaşayan soydaşlarımız adından Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edir və ən xoş arzularımı çatdırıram. Qarşıdan gələn 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə də Sizə səmimi qəlbdən möhkəm cansağlığı, bütün niyyət və istəklərinizin uğurla həyata keçməsini və xalqımıza firavanlıq diləyirəm".

X X X

2003-2018-ci illərdə Monteneqronun Prezidenti Filip Vuyanoviçdən:

"Əzizim İlham. Doğum gününüz münasibətilə Sizi böyük məmnuniyyətlə təbrik edir, Sizə möhkəm cansağlığı və ali dövləti vəzifənizin yerinə yetirilməsində yeni-yeni uğurlar arzulayıram.

Dost Azərbaycanın tərəqqisinin təmin edilməsində və nüfuzunun artmasında xidmətləriniz əvəzsizdir və daim hörmətə layiqdir. Çox dəyərli atanızın yolunu davam etdirərək beynəlxalq aləmdə dövlətinizin nüfuzunun yüksəlməsi ilə və bir çox sahələrdə digərləri üçün örnək olacaq nailiyyətlərlə iftixar duya bilərsiniz.

Fürsətdən istifadə edərək, ölkələrimiz arasında çox sıx əlaqələrin yaradılmasındakı ciddi töhfələrinizə görə Sizə təşəkkür edirəm. Dövlətlərarası dostluğumuz naminə əməkdaşlıq etmək imkanından çox məmnunam. Bu əlaqələrin gələcəkdə daha da möhkəmlənəcəyinə və inkişaf edəcəyinə əminəm".

X X X

1994-2005-ci illərdə Ukrayna Prezidenti Leonid Kuçmadan:

"Əziz İlham Heydər oğlu. Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirəm.

Sizin dövlət başçısı vəzifəsində səmərəli fəaliyyətiniz ən yüksək qiymətə layiqdir. Siz öz işinizdə yalnız müstəqil Azərbaycanın mənafelərini əsas götürürsünüz. Siz dövlətçiliyi möhkəmləndirir, ölkənizdə iqtisadi artım üzərində çalışır, innovasiyalı inkişafı təmin edirsiniz. Sizin rəhbərliyinizlə Azərbaycan regionda sabitliyə və sülhün möhkəmlənməsinə sanballı töhfə verir.

Ukrayna ilə Azərbaycan arasında çoxillik dostluğa və münasibətlərin möhkəmlənməsinə verdiyiniz şəxsi töhfəyə görə Sizə təşəkkür edirəm.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, ailənizə firavanlıq, bütün işlərinizdə və təşəbbüslərinizdə yeni uğurlar arzulayıram".

X X X

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru Pyotr Qlıboçkodan:

"Möhtərəm İlham Heydər oğlu. Doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Siz görkəmli dövlət xadimi olaraq doğum gününüzü yaradıcı və mənəvi qüvvələrinizin çiçəkləndiyi dövrdə qarşılayırsınız. Sizin insanlar arasında sülhün və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə, cəmiyyətin mənəvi, sosial, mədəni və iqtisadi tərəqqisinə, elmə, təhsilə və səhiyyəyə töhfəniz həqiqətən heyranlıq doğurur.

Sizə uğurlar, cansağlığı və nəcib niyyətlərinizin həyata keçməsi üçün tükənməz enerji arzulayıram. Sizə və yaxınlarınıza, Sizin böyük ölkənizə xoşbəxtlik, əmin-amanlıq və firavanlıq diləyirəm".

X X X

Rusiyanın "Qazprom" Publik Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Aleksey Millerdən:

"Hörmətli İlham Heydər oğlu. "Qazprom" Publik Səhmdar Cəmiyyətinin İdarə Heyəti adından və şəxsən öz adımdan Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirəm. Sizə səmimi qəlbdən böyük nailiyyətlər, ölkənizin və bütün Azərbaycan xalqının rifahı naminə fəaliyyətinizdə yeni uğurlar diləyirəm.

Sizə və yaxınlarınıza möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq arzu edirik".

X X X

Bütün Gürcüstanın Katolikos-patriarxı, Mtsxeta və Tbilisi arxiyepiskopu, Pitsunda, Suxumi və Abxaziya mitropoliti II İliyadan:

"Zati-aliləri, cənab Prezident. Doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edir, Sizə cansağlığı, uzun ömür və ölkənizin, bütün dünyanın rifahı naminə məsul vəzifənizdə uğurlar diləyirik".

X X X

Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurası sədrinin müavini İlyas Umaxanovdan:

"Möhtərəm İlham Heydər oğlu. Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Sizin müdrikliyiniz və siyasi uzaqgörənliyiniz heyranlıq doğurur. Mən bilirəm ki, Sizin üçün hakimiyyət əsas məqsəd deyil, yalnız öz xalqına, doğma ölkəsinə real fayda vermək imkanıdır. Bu gün Siz Azərbaycanı yeniləşmə və inkişaf yolu ilə irəli aparırsınız, bu diyarda sülhün, təhlükəsizliyin və əmin-amanlığın təmin olunması üçün əlinizdən gələni edirsiniz. Azərbaycanın hazırkı sabit, uğurlu inkişafı daha çox Sizin adınızla bağlıdır. Bu, dahi atanız Heydər Əliyevin işlərinin davamıdır.

Bu əlamətdar gündə Sizə səmimi qəlbdən möhkəm cansağlığı, dostlarla ünsiyyət sevinci, əla əhval-ruhiyyə, Azərbaycan xalqının rifahı və Rusiya-Azərbaycan münasibətlərinin inkişafı naminə fəaliyyətinizdə uğurlar diləyirəm.

Sizə və yaxınlarınıza firavanlıq arzulayıram".

X X X

Rusiya Federasiyasının İnquş Respublikasının rəhbəri Yunusbek Yevkurovdan:

"Hörmətli İlham Heydər oğlu. Doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Sizin məsul dövləti vəzifədə qurucu fəaliyyətiniz Azərbaycanın sosial-iqtisadi inkişafında müsbət dəyişikliklərin təmin edilməsinə, respublikada sülhün və sabitliyin möhkəmlənməsinə, onun sakinlərinin rifahının yüksəldilməsinə şərait yaradır.

Əminəm ki, Sizin yüksək peşəkar keyfiyyətləriniz və işinizə sadiqliyiniz nəzərdə tutduğunuz planları bundan sonra da uğurla həyata keçirməyinizə imkan verəcək.

Sizə möhkəm cansağlığı, Vətən naminə gələcək uğurlu fəaliyyətiniz üçün güc və enerji, Sizə və yaxınlarınıza xoşbəxtlik, firavanlıq və əmin-amanlıq arzu edirəm".

X X X

İTAR-TASS-ın baş direktoru Sergey Mixaylovdan İTAR-TASS-ın baş direktorunun birinci müavini Mixail Qusmandan:

"Hörmətli İlham Heydər oğlu. Doğum gününüz münasibətilə ən səmimi təbriklərimizi qəbul edin.

Siz müasir Azərbaycanın qurucususunuz. Bu gün Azərbaycan Sizin rəhbərliyinizlə dünyada daha layiqli və hörmətli yer tutur. Siz mədəniyyətin, elmin və təhsilin qorunub saxlanması və inkişaf etdirilməsi ilə bağlı nəzərdə tutulan planların həyata keçirilməsində böyük rol oynayırsınız.

Sizə səmimi qəlbdən möhkəm cansağlığı, tükənməz nikbinlik, Rusiya və Azərbaycan xalqları arasında qırılmaz əlaqələrin daha da möhkəmlənməsi, müasir Azərbaycanın tərəqqisi naminə düşündüyünüz bütün möhtəşəm planların uğurla həyata keçirilməsi üçün quruculuq enerjisi diləyirik".

X X X

Moldova Respublikasının Qaqauziya Muxtar Ərazisinin rəhbəri İrina Vlaxdan:

"Möhtərəm cənab Prezident. İcazə verin, Moldova Respublikasının Qaqauziya Muxtar Ərazisinin sakinləri adından və şəxsən öz adımdan Sizə dərin hörmət və ehtiramımı ifadə edim və ad gününüz münasibətilə ən səmimi təbriklərimi, xoş arzularımı çatdırım.

Bu təntənəli və mötəbər gündə sülh, əmin-amanlıq, Azərbaycan Respublikası və onun əhalisinin rifahı naminə fundamental fəaliyyətinizdə Sizə uğurlar, möhkəm cansağlığı arzulayırıq.

Siz dövlətin bütün sahələrinin inkişafı üçün yeni-yeni strateji layihələri həyata keçirməklə, vətəndaşların yaşayış səviyyəsini yüksəltməklə və ölkənin milli maraqlarını üstün tutmaqla əzmlə çalışırsınız.

Əminəm ki, Sizin biliyiniz, təcrübə və bacarığınız, müdrikliyiniz Azərbaycan Respublikasının daha gözəl və çiçəklənən gələcəyini təmin edəcək, əmin-amanlıq və sabitlik qorunub saxlanılacaq.

Qaqauziya Muxtar Ərazisinə göstərdiyiniz dəstəyə görə qaqauz xalqı adından Sizə dərin və səmimi minnətdarlığımızı bildiririk. Biz Azərbaycan Respublikası ilə Moldova Respublikasının Qaqauziya Muxtar Ərazisi arasında yaranmış dostluq münasibətlərinə və açıq tərəfdaşlıq əlaqələrinə görə ürəkdən qürur duyuruq.

Sizə, eləcə də yaxınlarınıza və doğmalarınıza daim aydın səma, rifah və sevinc arzulayıram.

Möhtərəm Prezident, fürsətdən istifadə edərək Sizə ən dərin və yüksək hörmətimi ifadə edirəm".

X X X

Rusiya Federasiyası Prezidentinin müşaviri, RF Prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Ruslan Edelgeriyevdən:

"Hörmətli İlham Heydər oğlu. Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Sizin müdrik rəhbərliyinizlə Azərbaycan sosial-iqtisadi inkişaf yolunda durmadan irəliləyir, ən mühüm beynəlxalq və regional məsələlərin həllində getdikcə daha fəal rol oynayır. Siz dövlət başçısı kimi yüksək vəzifədə fəaliyyətiniz illərində ölkə vətəndaşlarının hörmətini və etimadını qazanmısınız.

İcazə verin, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, firavanlıq, mənəvi harmoniya, nəzərdə tutduğunuz bütün planların reallaşmasını, səmərəli və məhsuldar işləməyinizi, Azərbaycan Respublikasının tərəqqisi və Azərbaycan xalqının rifahı, habelə ölkələrimiz arasında mehriban qonşuluq münasibətlərinin möhkəmlənməsi naminə yeni layihələr və uğurlu təşəbbüslər diləyim.

Qoy həmişə Sizi yaxınlarınızın sevgisi və qayğısı, sədaqətli dostlar və həmməsləkləriniz əhatə etsin".

X X X

Bakı Nobel İrsi Fondunun sədri, BMT-nin qlobal enerji üzrə aparıcı eksperti Toğrul Bağırovdan Prezident İlham Əliyevə təbrik məktubu gəlib.

Məktubda deyilir: "Hörmətli cənab Prezident. Nobel Ailəsi Cəmiyyətinin tərəfdaşları adından və şəxsən öz adımdan Sizi doğum gününüz münasibətilə təbrik edirəm.

Son 15 ildə Azərbaycan Sizin müdrik rəhbərliyinizlə çox böyük nailiyyətlər əldə edib və həm regional, həm də beynəlxalq münasibətlər sistemində mühüm rol oynayan müasir, demokratik və güclü sivil dövlətə çevrilib. Azərbaycan Avropanın enerji təhlükəsizliyi sisteminin ayrılmaz bir hissəsi və dünyanın ən etibarlı enerji tədarükçülərindən biri hesab edilir.

İstər dünyada, istərsə də Azərbaycanda həyata keçirilən Nobel layihələrinə göstərdiyiniz davamlı və tükənməz dəstəyə görə Sizə çox minnətdarıq. Nobel qardaşlarının Azərbaycanda çox zəngin və böyük irsi vardır. Bu yaxınlarda Sizin böyük dəstəyinizlə "Emmanuel Nobel Neft Mükafatı"nın bərpa edilməsi ilə bağlı yeni layihənin həyata keçirilməsinə başladıq. Əminik ki, biz strateji tərəfdaşımız olan Azərbaycan Dövlət Neft Şirkəti - SOCAR ilə birlikdə bu unikal beynəlxalq layihəni reallaşdıracaq və Azərbaycanın Avrasiyanın sürətlə inkişaf edən uğurlu ölkəsi kimi müsbət imicini dünyada daha da möhkəmləndirəcəyik.

Cənab Prezident, Siz daim bizim yekdilliklə və səmimi qəlbdən dəstəklədiyimiz əziz Prezidentimizsiniz. Sizə möhkəm cansağlığı, xoşbəxtlik və daha böyük nailiyyətlər, Azərbaycan xalqına isə əmin-amanlıq və tərəqqi arzu edirik.

Yaşasın möhtərəm cənab Prezidentimiz!"

XXX

Rusiyanın Kursk vilayəti Azərbaycanlılar Liqasının rəhbəri Qasım Kərimovdan Prezident İlham Əliyevə təbrik məktubu gəlib.

Təbrikdə deyilir: "Möhtərəm cənab Prezident. Doğum gününüz münasibətilə Sizi Rusiya Federasiyasının Kursk vilayətində yaşayan həmvətənlərimiz adından və şəxsən öz adımdan təbrik edirəm.

Möhtərəm İlham Heydər oğlu, Siz dövlət başçısı vəzifəsində fəaliyyətinizə görə haqlı olaraq Azərbaycan xalqının hörmətini və beynəlxalq aləmdə yüksək nüfuz qazanmısınız. Sizin ideyalar ardıcıl olaraq həyata keçirilir, Azərbaycanın sosial-iqtisadi inkişafına şərait yaradır. Siz bizim ürəkdən sevdiyimiz Heydər Əliyevin işinin sədaqətli davamçısı kimi ölkəni xoşbəxt gələcəyə aparırsınız.

Sizə və yaxınlarınıza səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq və yeni uğurlar arzulayıram".

XXX

"PALMALİ" Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimovdan Prezident İlham Əliyevə təbrik məktubu gəlib.

Məktubda deyilir: "Möhtərəm cənab Prezident. Doğum gününüz münasibətilə şirkətimizin hər bir əməkdaşı adından və şəxsən öz adımdan Sizi ürəkdən təbrik edirəm.

Sizə uzun ömür, möhkəm cansağlığı, sevinc və firavanlıq dolu həyat arzu edirəm. Azərbaycan Respublikasının rəhbəri olaraq həyata keçirdiyiniz uğurlu fəaliyyət, daxili və xarici siyasətdə əldə etdiyiniz misilsiz nailiyyətlər ölkənin hər bir vətəndaşı üçün fəxr mənbəyidir. Bu əlamətdar gündə Sizə və Sizin başçılığınız altında dövlətimizə yeni yüksəlişlər, yeni müvəffəqiyyətlər diləyirəm.

Bu xüsusi tarixin verdiyi fürsətdən istifadə edərək, ali dövləti vəzifədə xalqın etimadını layiqincə doğrultduğunuza, ölkədə sahibkarlığa, sosial rifaha, iqtisadi tərəqqiyə verdiyiniz əvəzsiz töhfələrə görə Sizə dərin minnətdarlığımı bildirir, Sizin şəxsinizə böyük hörmət və ehtiramımı ifadə edirəm".

XXX

Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin sədri Firdovsi Hüseynovdan Prezident İlham Əliyevə təbrik məktubu gəlib.

Təbrikdə deyilir: "Möhtərəm cənab Prezident. Özbəkistanda yaşayan azərbaycanlılar Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir. Sizin uzun illər apardığınız uğurlu daxili və xarici siyasət nəinki Azərbaycanın iqtisadi, mədəni, mənəvi inkişafında, eləcə də dünyada yaşayan azərbaycanlıların həyatında müsbət səmərə vermişdir. Özbəkistanda fəaliyyət göstərən diaspor təşkilatımız Azərbaycanla bağlı keçirdiyi tədbirlərə digər çoxsaylı xalqların nümayəndələrini dəvət edir və böyük məmnuniyyətlə tarixi Vətənimizdə apardığınız islahatlar haqqında geniş məlumatlar verir.

Dünya birliyinin ən nüfuzlu təşkilatlarına məlumdur ki, Sizin həyata keçirdiyiniz siyasət sayəsində Azərbaycanımız beynəlxalq miqyasda sülhsevər, xalqına əmin-amanlıq gətirən ölkə kimi qəbul edilir. Siz Azərbaycanı onunla əməkdaşlıq etmək istəyən ölkələrə etibarlı dost və tərəfdaş kimi tanıtmısınız. Hətta MDB ölkələrinin bəzi rəhbərlərinin bunu açıq etiraf etməsi Sizə dərin hörmət və minnətdarlığın ifadəsidir.

Özbəkistanda yaşayan azərbaycanlılar Sizin rəhbərliyinizlə həyata keçirilən uğurlu islahatları rəğbətlə qarşılayır, Azərbaycanla nəfəs alır, diaspor təşkilatlarına göstərdiyiniz diqqəti hər zaman hiss edir.

Onu da xüsusi qeyd etmək istərdim ki, Diasporla İş üzrə Dövlət Komitəsi dünyadakı diaspor təşkilatlarımızla çoxsaylı görüşlər keçirir və bu da bizi çox sevindirir.

Möhtərəm cənab Prezident, icazə verin Sizi əmin edək ki, bütün dünya azərbaycanlıları kimi, Özbəkistanda yaşayan diaspor üzvləri də Sizi və Sizin rəhbərliyinizlə Azərbaycanın beynəlxalq miqyasdakı mövqeyini birmənalı şəkildə dəstəkləyəcək.

Sizi bir daha səmimi qəlbdən təbrik edir, Sizə cansağlığı, ailə səadəti, Azərbaycanın inkişafı, azərbaycanlıların rifahı naminə ali dövləti fəaliyyətinizdə uğurlar diləyirik".

XXX

Beynəlxalq Rusdilli Vəkillər Assosiasiyasının prezidenti, Rusiya Vəkillər Gildiyasının prezidenti, Rusiya Federasiyasının Əməkdar hüquqşünası, hüquq elmləri doktoru, professor Həsən Mirzəyevdən Prezident İlham Əliyevə təbrik məktubu gəlib.

Təbrikdə deyilir: "Hörmətli İlham Heydər oğlu. Doğum gününüz münasibətilə Sizi Beynəlxalq Rusdilli Vəkillər Assosiasiyası, Rusiya Vəkillər Gildiyası, Rusiya Vəkillik və Notariat Akademiyası adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.

Sizin bir vətənpərvər və vətəndaş kimi fəal həyat mövqeyiniz, dövlət əhəmiyyətli məsələləri qüsursuz yerinə yetirməyiniz Vətənə layiqli xidmət nümunəsidir.

Azərbaycan xalqı Sizi dövlət başçısı vəzifəsinə seçməklə Sizə öz etimadını və ölkənin inkişaf etdirilməsi, cəmiyyətdə sabitlik və həmrəylik, xalqın firavanlığı və rifahının yüksəlməsi üzrə Sizin siyasətinizi hərtərəfli dəstəklədiyini nümayiş etdirib. Siz Heydər Əlirza oğlu Əliyevin Azərbaycan Respublikasında islahatçılıq yolunun layiqli davamçısısınız.

Sizin səmərəli rəhbərliyinizlə Azərbaycan genişmiqyaslı siyasi, iqtisadi islahatlar və dəyişikliklər, əhalinin sosial rifahının yüksəldilməsi yolunda inamla irəliləyir, aktual beynəlxalq və regional problemlərin həllində fəal iştirak edir.

Sizin müdrik siyasətiniz sayəsində Azərbaycan ilə Rusiya arasında iqtisadi, mədəni, siyasi əlaqələr gündən-günə genişlənir və möhkəmlənir. Mən Sizin həmvətəniniz kimi öz tarixi Vətənimlə qürur duyur, onu əziz tuturam. Bakıda bir çox beynəlxalq tədbirlər keçirilməsi faktları da Azərbaycan Respublikasının nailiyyətlərinin beynəlxalq aləmdə tanınmasına dəlalət edir.

Bu gün Siz həyatınızın ən mühüm mərhələsindəsiniz - zəngin təcrübəniz müdriklik və həyat bilgisi ilə ahəngdar şəkildə əlaqələnir, çox iş görülüb, gələcək üçün çoxlu yeni planlar var.

Qoy enerji, gümrahlıq və mənəvi güc Sizin etibarlı tərəfdaşlarınız olsun! Sizə cansağlığı, uzun ömür, ali dövləti fəaliyyətinizdə uğurlar, Azərbaycan xalqının rifahı naminə yeni zəfərlər arzulayıram.

Sizə, yaxınlarınıza və bütün Azərbaycan xalqına sülh və firavanlıq diləyirəm".

XXX

Avropa yəhudilərinin Bakı dini icmasının sədri Aleksandr Şarovskidən, sədrin müavini Yevgeni Brenneysendən, baş ravvin Şneor Seqaldan Prezident İlham Əliyevə təbrik məktubu gəlib.

Təbrikdə deyilir: "Hörmətli cənab Prezident. Avropa yəhudiləri icması adından Sizi doğum gününüz münasibətilə təbrik edirik.

Yəhudilərin inancına görə, doğum günü elə bir gündür Tanrı həmin gündə qərara gəlir ki, dünya Sizsiz mövcud ola bilməz.

Ölkəmizdə yaşayan bütün xalqlar kimi, biz - Azərbaycan yəhudiləri də respublikamızın yalnız Sizin müdrik rəhbərliyiniz sayəsində inkişaf və tərəqqi etdiyinin şahidiyik.

Biz böyük sevinc hissi ilə Sizə möhkəm cansağlığı, uzun ömür və hamımıza doğma olan Azərbaycanın rifahı naminə səmərəli fəaliyyət arzu edirik.

Tanrı Sizi qorusun!"

XXX

Rusiya Federasiyasının Həştərxan vilayətinin sabiq qubernatoru Aleksandr Jilkindən Prezident İlham Əliyevə təbrik məktubu gəlib.

Təbrikdə deyilir: "Hörmətli İlham Heydər oğlu. Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, bütün planlarınızın həyata keçməsi üçün uzun ömür, tükənməz enerji, xoşbəxtlik, firavanlıq və ali dövləti fəaliyyətinizdə uğurlar arzu edirəm".