Azərbaycanda daha bir təhlükə Azyaşlılar arasında güclü təsirə malik maddələrin istifadəsi yayılıb


Digərləri 25 Dek 2018 20:57:00 566 0

Azərbaycanda daha bir təhlükə  Azyaşlılar arasında güclü təsirə malik maddələrin istifadəsi yayılıb

Azərbaycan Milli Antidopinq Agentliyi 2018-ci il üzrə illik hesabatı açıqlayıb.

Azərbaycan Milli Antidopinq Agentliyi 2018-ci il üzrə illik hesabatı açıqlayıb.

"Dopinqin istifadəsi idmandan savayı ictimaiyyətə də mühüm zərər yetirir. Odur ki, dopinq vasitələrinin qanunsuz dövriyyəsi halları aşkarlanıb və müxtəlif yaş kateqoriyaları, ələlxüsus, azyaşlılar tərəfindən anabolik steroid və digər güclü təsirə malik maddələrin istifadəsi yayılıb. Cari ildə bir neçə əməliyyat tədbirləri həyata keçirilib və müəyyən şəxslər məsuliyyətə cəlb ediliblər. Lakin, 2019-cu ildə hüquq-mühafizə orqanları ilə sıx əməkdaşlıq edərək əməliyyat tədbirləri daha da genişlənəcək və qanunsuz dövriyyə ilə məşğul olan idman klubları və fitnes mərkəzləri məsuliyyətə cəlb olunacaqlar".

Son.az xəbər verir ki, bunu Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) direktoru Şəfəq Hüseynli bu gün ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.