120-dən çox hakim məhkəmə sistemindən kənarlaşdırılıb


Digərləri 25 Dek 2018 20:39:00 830 0

120-dən çox hakim məhkəmə sistemindən kənarlaşdırılıb

Ədliyyə Nazirliyində geniş müşavirə keçirilib

Bakı. Məhkəmə-Hüquq Şurası tərəfindən hakimlərin fəaliyyətinin prinsipial qiymətləndirilməsi, kobud qanun pozuntularına yol verdiklərinə görə 120-dən çox hakim məhkəmə sistemindən kənarlaşdırılıb. Ədliyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, bu barədə ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Bakı və Sumqayıt apellyasiya məhkəmələrinin yeni təyin edilmiş sədr müavinləri və kollegiya sədrlərinin, bu məhkəmələrin yurisdiksiyasına daxil olan və digər birinci instansiya məhkəmələri sədrlərinin, habelə Ədliyyə Nazirliyinin və Məhkəmə-Hüquq Şurasının aidiyyəti məsul işçilərinin iştirakı ilə geniş müşavirəsində deyilib.