2018də geyimləri ilə gündəmə gələn məşhurlar


Şou-biznes 25 Dek 2018 20:22:00 383 0

2018də geyimləri ilə gündəmə gələn məşhurlar

2018-ci ildə şou-biznes nümayəndələri bir sıra hadisələrlə gündəmdə qalıb. Onlardan kimi bir-biri ilə küsüb, kimi barışıb, kimi məhkəməlik olub.

Son.az bu dəfə, il ərzində geyimləri ilə gündəmdə olan məşhurlarımızın siyahısını təqdim edir:

Müğənni Xatirə İslam ilin ən çox danışılan xanım müğənnilərindən olub. Belə ki, onun konsertində və televiziya proqramlarında geyindiyi dekolteli geyimlər gündəm olub. Eyni zamansa sosial şəbəkələrdə Xatirənin geyimlərini təndiq edənlər də az olmayıb.

Geyimlərində sərhəd tanımayan xalq artisti Aygün Kazımova bu il də diqqət mərkəzində olub. Xüsusilə, çəki atmasından sonra diva libasları ilə gündəm olmağı bacarıb.

"Şou ATV" verilişinin aparıcısı Nanə Ağamalıyeva da hər zaman geyimləri ilə fərqlənənlər sırasında olub. İl ərzində zövqlü geyimləri ilə yadda qalan aparıcının fotolarına sosial şəbəkə izləyiciləri də təriflər yağdırıb.

Son günlər kəmərini tərs taxması ilə gündəmə gələn müğənni Şəbnəm Tovuzlu il ərzində geyimləri ilə ən çox danışılan məşhurlar sırasında olub. Geyimlərinə pul xərcləməyi sevdiyini bildirən xanım müğənni təndiqlərə məhəl qoymadığını bildirib.