Bakıda öldürülən iş adamı ilə bağlı


Digərləri 25 Dek 2018 20:09:00 527 0

Bakıda öldürülən iş adamı ilə bağlı

Bir neçə gün əvvəl paytaxtın Xətai rayonunda qətlə yetirilən ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı, iş adamı Fariz Vahabovun qətlinın yeni detalları məlum olub.

Son.az bildirir ki, Teleqraf.com-un əldə etdiyi xəbərə görə, Fariz Vahabovun seksual manyak olduğu iddia olunur.

Məlumata görə, Fariz Vahabov yaşadığı binanın qadınlarını videoya çəkib, onları şantaj edib. Hətta onun öz həyat yoldaşının da intim videosunu çəkdiyi və həmin videonu digər şəxslərə göndərdiyi bildirilir.

Bundan başqa, Fariz Vahabovun qadınları şantaj etməklə onlarla intim əlaqədə olması barədə iddialar var.

Buna görə də Fariz Vahabov yaşadığı ərazidə seksual manyak kimi tanınıb.

Bu qətl hadisəsi ilə bağlı həbs olunan olmasa da, hadisənin baş verdiyi ərazidə olan şəxslərin ifadəsi alınıb. Həmin şəxslərin ifadələrində Fariz Vahabovun seksual manyak olduğunu təsdiqlədikləri bildirilir.

Ərazidə olan kameralar vasitəsilə araşdırma aparılsa da, Fariz Vahabovun qətlini törədən şəxs müəyyən edilməyib.

Qeyd edək ki, dekabrın 20-də Xətai rayonunun Sadıqcan küçəsində Bakı şəhər sakini, 1970-ci il təvəllüdlü Fariz Vahabov özünə məxsus "Hunday" markalı avtomobilində naməlum şəraitdə güllələnib.

Fariz Vahabov hadisə yerində ölüb.