Azərbaycana gələn turistlərin sayı 6 faiz artıb


Digərləri 25 Dek 2018 19:51:00 455 0

Azərbaycana gələn turistlərin sayı 6 faiz artıb

2018-ci ilin yanvar-noyabr ayları ərzində Azərbaycana səfər etmiş əcnəbilərin sayı 2017-ci ilin analoji dövrü ilə müqayisədə 6 faiz və ya 151 min nəfər artıb.

Son.az bildirir ki, Dövlət Turizm Agentliyindən Trend-ə verilən məlumata görə, bununla da sərhədlərimizi keçən səyahətçilərin sayı təxminən 2,5 milyona çatıb.

Rusiya, Gürcüstan və Yaxın Şərqdən gələn səyahətçilərin sayı 2018-ci ilin müvafiq müddətində Azərbaycana gəlmiş səyahətçilərin ümumi sayının 65 faizini təşkil edib.