“Vergi xəbərçiliyi”nə görə mükafatlar verilə bilər


Digərləri 25 Dek 2018 19:54:00 526 0

“Vergi xəbərçiliyi”nə görə mükafatlar verilə bilər

"Azərbaycan vergi qanunvericiliyində vergidən yayınmanın qarşısının alınması ilə bağlı "vergi xəbərçiliyi" nəzərdə tutulub. Amma bununla bağlı mükafatlandırma mexanizmləri yoxdur".

Son.az Report-a istinadən bildirir ki, bunu mətbuat konfransında Vergilər Nazirliyi Vergi Siyasəti Departamentinin baş direktoru Samirə Musayeva deyib.

S.Musayevanın sözlərinə görə, gələcəkdə bununla bağlı mükafatlandırma tətbiq oluna bilər: "Əgər vergi yayınması ilə bağlı məlumat daxil olarsa, dərhal yerində yoxlamalar aparılır. Amma mükafatlandırılma mexanizmi yoxdur. Bu sahə bizdə yeni olduğu üçün düşünürəm ki, gələcəkdə bu məsələ həllini tapa bilər".