Üçüncü dəfə ərə getmək istəyən bacısını öldürdü


Kriminal 25 Dek 2018 19:49:00 746 0

Üçüncü dəfə ərə getmək istəyən bacısını öldürdü

Qətldə təqsirləndirilən Elşad Davudov cəzasının azaldılması üçün Ali Məhkəməyə şikayət edib.  

Son.az oxu.az-a istinadən bildirir ki, o, Bakı Apellyasiya Məhkəməsinin qərarından kassasiya şikayəti verib.

Şikayətə Ali Məhkəmədə hakim Hafiz Nəsibovun sədrliyi ilə baxılacaq. 

Qeyd edək ki, ötən il aprelin 17-də Nizami rayon ərazisində məskunlaşan məcburi köçkün Elşad Davudov bacısı Turanə Davudovanı (1982-ci il təv.) yaşadığı evdə bıçaqlayıb.

Daxil olan məlumat əsasında Nizami RPİ-nin əməkdaşları Naxçıvanski küçəsi, 2/55 ünvanında yerləşən mənzilə yollanıblar. Xəstəxanaya çatdırılan qadın orada kəskin qanitirmədən dünyasını dəyişib, Elşad Davudov həmin gün saxlanılıb və istintaqa təqdim edilib.