Yezidi kürd anası: “Ermənistan ordusunda əsgərlərə işgəncə verirlər”


Dünya 25 Dek 2018 19:39:00 237 0

Yezidi kürd anası: “Ermənistan ordusunda əsgərlərə işgəncə verirlər”

Azərbaycanın işğal altında olan Qarabağ bölgəsində Ermənistan hərbçilərinin bir-birinə işgəncə verməsi davam edir.

Son.az Report-a istinadən xəbər verir ki, yezidi kürd etnik qrupunun nümayəndəsi Marina Broyan Ermənistanın Armavir vilayətinin Crarat kəndində anadan olmuş 19 yaşlı oğlu Yurik Broyana verilən işgəncədən danışıb.

O, Ermənistan silahlı qüvvələrinin tərkibində Azərbaycanın keçmiş Ağdərə rayonu ərazisində xidmət edib. Erməni əsgərin vəziyyəti barəsində anasının danışdıqlarını qısaca olaraq təqdim edirik: "Oğlum irsi olaraq psixoloji yayqınlıq xəstəsidir. Yurik, demək olar ki, məktəbə getməyib. Birinci-ikinci sinfi güclə bitirib. Yazıb-oxumağı da bilmir. Cari ilin avqustunda Ermənistan Mərkəzi Hərbi-Tibbi Komissiyası onun "yüngül zəka geriliyi" diaqnozu ilə bağlı sənəd verdi. Bununla belə, onu sıravi xidmətə yararlı sayaraq orduya çağırdılar. O, evdə heç kimlə danışmır, özünü təcrid edirdi. Ancaq hərbi komissarlıq yararlı saydı. Avqustda onu Mərkəzi Hərbi-Tibbi Komissiyaya çağırıb oradan da Qarabağa aparıblar. Uzun müddət onun hara aparıldığını bilmədim".

Əsgərin anası bildirib ki, xidmətə başlayandan on gün sonra oğlunun xidmət etdiyi taborun komandiri onu döyüb. Qadın deyib ki, bundan sonra oğlu Xankəndidəki psixiatrik xəstəxanaya yerləşdirilib: "Oradan bir qadın mənə zəng elədi. Ancaq getmək imkanım olmadı. Sonra oğlumu Yerevandakı hərbi hospitala yerləşdiriblər. Onu görəndə çox dəhşətli vəziyyətdə idi. O, danışa bilmirdi. Əllərində isə kəsik izləri var idi".