Elzanın sözlərinə sərt reaksiya: "Mətanət bankirdir?"


Şou-biznes 25 Dek 2018 19:21:00 502 0

Elzanın sözlərinə sərt reaksiya: "Mətanət bankirdir?"

"Küp tapmamışam ki, o nə deməkdi. Mətanət bankirdir?".

Son.az axşam.az-a istinadən bildirir ki, bu sözləri əməkdar artist Mətanət Əsədova "ATV maqazin onlarla"ya açıqlamasında deyib. İfaçı həmkarı Elza Seyidcahanın "Harada məni görür pul verir" sözlərinə sərt reaksiya verib:

"Zəhmətkeş adamam, əziyyətlə, zülmlə qazanıram. Ona bir balaca edirsən, onu yüksək qiymətləndirir. Elzadan aldığım mahnı üçün istədiyi məbləği vermişəm. O, mənə nə vaxt zəng vursa, pul lazımdır, qurbandır. Onu o qədər çox istəyirəm ki... Qəlbi təmizdir, nə var dilindədir. Onun yanında adam qocalmaz".