Sabah bu ərazilərdə qaz olmayacaq


Digərləri 25 Dek 2018 19:11:00 294 0

Sabah bu ərazilərdə qaz olmayacaq

Xırdalan şəhəri 25-ci məhəllə ərazisində yeni çəkilmiş polietilen diametri 160 mm-lik qaz xəttinin mövcud şəbəkəyə qoşulması ilə əlaqədar, sabah saat 10:00-dan təmir işləri tamamlananadək Xırdalana təbii qazın verilişində fasilələr yaranacaq.

"Azəriqaz" İstehsalat Birliyindən Son.az-a verilən məlumata görə aparılan təmir işlərinin Masazır qəsəbəsi və Xəzər rayonunun bir hissəsinin də qaz təchizatına təsir göstərməsi mümkündür.