PSV 40 milyon tələb edir


İdman 25 Dek 2018 18:29:00 335 0

PSV 40 milyon tələb edir

PSV-nin hücumçusu İrvin Losano karyerasını İtaliyada davam etdirə bilər.

Goal.az Tuttosport-a istinadən xəbər verir ki, Milan futbolçunun xidmətindən yararlanma niyyətindədir. “Rossonyerlər” artıq Losanonun agenti ilə danışıqlara başlayıb. PSV 23 yaşlı futbolçunu 40 milyon avro müqabilində göndərəcəyini açıqlayıb. Əvvəllər Losanonun Avropanın bir sıra aparıcı klublarının (Real, Barcelona, Juventus, İnter, Liverpool) marağında olduğu deyilirdi.

Hücumçu PSV-nin heyətində 2017-ci ildən çıxış edir. Bu il Rusiyada keçirilən dünya çempionatında Meksika millisinin heyətində yer alıb.