Bakıda tanışlarını soyundurub şantaj edən dəstəyə hökm oxundu


Digərləri 25 Dek 2018 18:04:00 202 0

Bakıda tanışlarını soyundurub şantaj edən dəstəyə hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda və hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Zeynal Hüseynov, Rəşad Sultanov, Həsənbala Həsənov və Dəyanət Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bakı. Samir Əli - Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda və hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Zeynal Hüseynov, Rəşad Sultanov, Həsənbala Həsənov və Dəyanət Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Trend-in məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə Z.Hüseynov 8 il, R.Sultanov və H.Həsənovun hər biri 7 il 6 ay, D.Abdullayev isə 8 il 6 ay azadlıqdan məhrum edilib.