“Xətai" stansiyasında köhnə eskalatorların sökülməsi başa çatdı


Digərləri 25 Dek 2018 17:44:00 208 0

“Xətai" stansiyasında köhnə eskalatorların sökülməsi başa çatdı

Sentyabrın 27-də "Xətai" stansiyasınında 50 illik istismar müddətini başa vurmuş eskalatorların yeniləri ilə əvəz olunması prosesi əvvəlcədən müəyyən olunmuş qrafikə uyğun qaydada davam etdirilir.

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun Son.az-a veridiyi xəbərə görə, artıq hər 3 avadanlığın tam sökülərək stansiyadan çıxarılması başa çatdırılıb: "Lakin bu, köhnə eskalatorlarla bağlı işlərin tam həll olunması və yenilərinin dərhal quraşdırılmağa başlaması demək deyil. Eskalatorların nəhəng fundamentinin söküntüsü ağır və vaxt aparan işdir. Söküntü işlərinin növbəti mərhələsində planlaşdırılmış bu tədbirlər qarşıdakı bir ay ərzində başa vurulacaq və həmin sahəsinin yeni eskalatorların quraşdırma tələblərinə uyğunlaşdırılmasına başlanılacaq".

Qeyd edək ki, burada sökülmüş "LT-2" tipli 3 esklatorun əvəzinə Almaniyanın "Thyssen Krupp" şirkətinin "Victoria Tube" tipli 4 eskalatoru quraşdırılacaq. "Xətai" stansiyası dərin özüllü və ən əsası, bir giriş-çıxışlı olduğundan, 4 eskalatorun quraşdırılması sərnişinlərin təhlükəsizliyini gücləndirməyə və onların daha rahat hərəkətini təmin etməyə mkan verəcək. Onu da xatırladaq ki, buna qədər "28 May" və "Sahil" stansiyalarında aparılmış yenidənqurma tədbirləri çərçivəsində 3 köhnə eskalator 4 ədəd yeni nəsil analoqu ilə əvəzlənmişdi.

Qurum rəsmisi qeyd edib ki, esklatorların yenilənməsi ilə əlaqədar, sərnişinlərin giriş-çıxışan bağlanmış stansiyada əsaslı təmir və yeknilənqurma işləri də davam etdirilir: "Burada hazırda eskalatorun dartı kamerası 4 müasir eskalatorun texniki quraşdırma tələblərinə uyğunlaşdırılır. Burada və həmçinin demontaj kamerasında eyni zamanda, dayaqlar gücləndirilir, beton örtük bərpa edilir.

Eskalatorla bağlı ən əhəmiyyətli və təhlükəsizlik baxımından xüsusi diqqət tələb edən digər məsələ maili gedişin beton pillələrinin sökülməsi idi. 140 m uzunluğunda olan enişdə söküntü işləri yüksək təhlükəsizlik tədbirlərintn tətbiq edilməsi sayəsində uğurla başa çatdırılıb.


Xəbərə aid fotolar