Qazaxıstanda açıqsaçıq geyinən qadın deputatı döydülər


Dünya 25 Dek 2018 17:09:00 226 0

Qazaxıstanda açıqsaçıq geyinən qadın deputatı döydülər

Qazaxıstanda Astana gənclər məclisinin deputatı və model Dinaqul Tasova döyülüb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, o, bununla bağlı "Instagram" hesabında məlumat verib. 

Tasova bildirib ki, onu "Fashion Night Astana" moda nümayişində açıq-saçıq geyiminə görə döyüblər. 

"Nümayişdən sonra məni tənqid ediblər. Kimlərsə məni ələ salırdı. Buna səbəb isə sinəmin açıq olması oldu. Mən model kimi işimi yaxşı görürəm. Buna görə heç bir qız alçaldılmamalıdır. 


Xəbərə aid fotolar