"Qoca"nın qaçmasına görə həbs edilən tabor komandiri bəraət istədi


Digərləri 25 Dek 2018 16:54:00 209 0

"Qoca"nın qaçmasına görə həbs edilən tabor komandiri bəraət istədi

Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi təyinatlı vaqondan məhbusların qaçmasında təqsirləndirilən müğənni Fədayə Laçın, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Konvoy taborunun komandiri, ədliyyə polkovnik-leytenantı Bəhruz Abdullayev, Penitensiar Xidmətin üç əməkdaşı-qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavini Fuad Hacıyev və qarovul rəisinin digər müavini Tural Poladxanov, Əli Ağami, Günay Atakişiyeva, taksi sürücüsü Məhəmməd Hacıyevlə yanaşı, Aqil Nəcəfov, Anar Əsgərov, İsrafil Soltanov, Şahmar Bəyəlizadə və Tərlan Zeynalovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs, Penitensiar Xidmətin tabor komandiri Bəhruz Abdullayev son söz deyib. B.Abdullayev ona verilən ittihamları qəbul etmədiyini və heç bir günahının olmadığını bildirib və barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Daha sonra son söz deyən qarovul rəisinin müavini Tural Poladxanov məhkəmədən ədalətli qərar çıxarılmasını istəyib.

Növbəti məhkəmə prosesi dekabrın 26-a təyin edilib.