Bakıda nazir müavini qəzaya düşdü


Digərləri 25 Dek 2018 16:33:00 218 0

Bakıda nazir müavini qəzaya düşdü

Azərbaycan gənclər və idman nazirinin müavini İntiqam Babayev Bakının Bülbül prospektində, Nizami Kino Mərkəzinin qarşısında qəzaya düşüb.

Son.az Bakupost-a istinadən xəbər verir ki, İ.Babayev mərkəzin qarşısında "BMW" markalı, 10-AR-009 dövlət qeydiyyat nömrə nişanlı avtomobildən düşərkən "Nissan Tida" markalı avtomobil "BMW"nin qapısına çırpılıb.

Nazir müavini xəsarət almasa da, avtomobilə ziyan dəyib.