Bir gündə Rusiyanın Ermənistandakı səfirliyinin qarşısında iki aksiya keçirilib


Dünya 25 Dek 2018 16:25:00 223 0

Bir gündə Rusiyanın Ermənistandakı səfirliyinin qarşısında iki aksiya keçirilib

Bu gün Rusiyanın Ermənistandakı səfirliyinin binası qarşısında iki aksiya keçirilib.

Son.az report-a istinadən xəbər verir ki, bir qrup insan Rusiya hərbçilərinin davranışının Ermənistanın təhlükəsizliyini təhdid etməsini mühakimə edib. Bu aksiya saat 12:00-da başlayıb. Onlardan bir saat sonra saat 13:00-da isə kommunistlər "Ermənistanda antirusiya təxribatına yox!" və "Rusiya ilə əbədi!" şüarları altında aksiya keçiriblər.

Aksiya iştirakçıları bildiriblər ki, Rusiyanın 102 saylı hərbi bazası təkcə "Ermənistan vətəndaşlarına deyil, erməni dövləti üçün təhlükə mənbəyidir".