Gürcüstanda "donuz qripi"ndən ölənlərin sayı artıb


Dünya 25 Dek 2018 16:30:00 194 0

Gürcüstanda "donuz qripi"ndən ölənlərin sayı artıb

Gürcüstanda H1N1 virusundan ("donuz qripi") ölənlərin sayı ikiyə çatıb.

Son.az report-a istinadən verir ki, bunu Gürcüstanın səhiyyə naziri David Sergeenko bildirib.

Onun sözlərinə görə, ölüm halının biri Acarıstan, digəri isə Kutaisi şəhərində qeydə alınıb: "Hər iki şəxs yüksək risk qrupunda olub və təəsüüflər olsun ki, onların həyatlarını xilas etmək mümkün olmayıb".