Medalına 10 ildən sonra qovuşdu - FOTO


İdman 25 Dek 2018 16:19:00 343 0

Medalına 10 ildən sonra qovuşdu - FOTO

İngiltərə Liqa kubokunun 2007/08 mövsümünün qalibi Jermen Defo 10 ildən sonra medalına qovuşub.

Goal.az xəbər verir ki, medal hücumçuya bu yaxınlarda təqdim olunub. Həmin mövsümün birinci yarısını Defo Tottenham-da keçirib. Komandanın heyətində 5 oyuna çıxıb. Qış transferində isə Bournemouth-a keçib. Bir aydan sonra Tottenham Liqa Kubokunun finalında Chelsea-nı məğlub edərək mükafata layiq görülüb. Buna qədər klubunu dəyişən hücumçuya medal verilməyib.

"Tottenham-da keçirdiyim günləri unutmuram. Əlimdən gələni etdim ki, klub finala yüksəlsin. Həlleidici matçdan əvvəl transfer olundum. Finalı izləyirdim. Çox istəyirdim ki, keçmiş klubum qalib olsun. Gec də olsa, medala görə sevinirəm”, - Defo bildirib.

jermain defoe medal ile ilgili görsel sonucujermain defoe medal ile ilgili görsel sonucu