Yeni barışdığı əri Demetə xəyanət edib?


Digərləri 25 Dek 2018 16:12:00 211 0

Yeni barışdığı əri Demetə xəyanət edib?

Pop ulduz Demet Akalının yeni barışdığı həyat yoldaşı Okan Kurt tərəfindən xəyanətə məruz qaldığı iddia edilib. 

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, məlumatlara görə, O.Kurt xaricdə olarkən xanımı aldadıb, İnstaqram-da xanımlara mesaj yazaraq görüşmək istəyib.  

İş adamı və müğənni "İkinci sayfa" proqramına qonaq olaraq yayılan ittihamlara cavab verib. Okan Kurt Demetə xəyanət etmədiyini qeyd edib: "Nə Almaniya, nə də Franda heç bir qadınla mesajlaşmamışam. Bunu nə açıq, nə də gizli şəkildə etmərəm. Demeti dəli kimi sevirəm. Yeddi ildir evliyəm, bir dəfə olsun başqa xanıma mesaj atmamışam. Xəyanət söhbəti yalandır. Mən Allaha söz vermişəm ki, heç vaxt xanımı aldatmayacam. Ondan başqa qadın tanımıram".