İcbari tibbi sığorta haqlarının ödənişi BELƏ OLACAQ


Digərləri 25 Dek 2018 16:03:00 239 0

İcbari tibbi sığorta haqlarının ödənişi BELƏ OLACAQ

İcbari tibbi sığorta haqları ilə bağlı "Tibbi sığorta haqqında" qanuna dəyişikliklərin edilməsi təklif olunur.

Son.az Trend-ə istinadən xəbər verir ki, yeni təkliflər xidmətlər zərfinin baza hissəsi üzrə təqvim ili üçün adambaşına 29 manat sığorta haqqının ödənilməsini nəzərdə tutur.

Xidmətlər zərfinin əlavə hissəsi üzrə təklif edilən ödənişlər kateqoriyalardan asılı olaraq, dəyişir.

Xidmətlər zərfinin əlavə hissəsi üzrə Milli Məclis, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən təyin olunan şəxslər, həmçinin seçkili ödənişli vəzifədə işləyən şəxslər üçün sığortalı tərəfindən hesablanmış əməyin ödənişi fondunun 2 faizi, sığortaolunan tərəfindən işçinin əməkhaqqının 2 faizi qədər sığorta haqqı təklif edilir.