TürkPAnın Baş katibi: "Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın beynəlxalq nüfuzu durmadan artıb, möhtəşəm uğurlar qazanılıb"


Siyasət 25 Dek 2018 15:50:00 513 0

TürkPAnın Baş katibi: "Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın beynəlxalq nüfuzu durmadan artıb, möhtəşəm uğurlar qazanılıb"

Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) Baş katibi Altınbek Mamayusupov Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri cənab Prezident. Doğum gününüz münasibətilə Türkdilli Ölkələrin Parlament Assambleyasının Katibliyi və şəxsən öz adımdan Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan böyük şərəf duyuram. Eləcə də qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbriklərimi qəbul etməyinizi Zati-alinizdən xahiş edirəm. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə uğurlar, qardaş Azərbaycan xalqına sülh, tərəqqi və rifah arzulayıram.

Sizin rəhbərliyinizlə məqsədyönlü, ardıcıl və düzgün qurulmuş fəaliyyət nəticəsində Azərbaycanın beynəlxalq nüfuzu durmadan artmış, siyasi, sosial-iqtisadi və mədəni sahələrdə möhtəşəm uğurlar qazanılmışdır. Ölkədə müxtəlif irimiqyaslı beynəlxalq layihələrin və tədbirlərin həyata keçirilməsi ənənə halını almış, dayanıqlı inkişafın nümunəvi Azərbaycan modeli formalaşmışdır.

Bu il yaradılmasının 10-cu ildönümünü qeyd etdiyimiz Türkdilli Ölkələrin Parlament Assambleyasının Katibliyinə daim göstərdiyiniz hərtərəfli diqqət və dəstəyinizə görə Sizə dərin minnətdarlığımı ifadə edirəm. Əminliklə qeyd etmək istərdim ki, Sizin məqsədyönlü və çoxşaxəli fəaliyyətiniz türkdilli ölkələr arasında inkişaf etməkdə olan əməkdaşlığa mühüm töhfəsini verməkdə davam edəcəkdir".