Sumqayıt sakinlərinin unudulmaz günündən FOTOlar


Kriminal 25 Dek 2018 15:08:00 559 0

Sumqayıt sakinlərinin unudulmaz günündən FOTOlar

Sumqayıt Dövlət Dram Teatrının Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə planlaşdırdığı kreativ layihə dekabrın 25-də gerçəkləşib.

Son.az xəbər verir ki, teatr truppası şəhər icra hakimiyyətinin qarşısındakı meydana toplaşaraq qış nağılının qəhrəmanları ilə birgə Yeni ili qarşılayıb.

Tədbirə şəhər ictimaiyyəti, sakinlər və qonaqlar da qatılıblar. "Şaxta baba" və qar qız meydan məzhəkə teatr estetikası prinsipləri ilə tamaşaçılarla birbaşa ünsiyyətə girərək onların arzu və istəklərindən hali olublar. Rəqs qrupu kiçik yaşlı uşaqları rəqsə dəvət edib.


Xəbərə aid fotolar