Komitə yararsız məhsulları yandıraraq məhv edib - 9 milyon partlayıcı, 10 milyon siqaret... (FOTO)


Digərləri 25 Dek 2018 14:51:00 498 0

Komitə yararsız məhsulları yandıraraq məhv edib - 9 milyon partlayıcı, 10 milyon siqaret... (FOTO)

Dekabrın 25-də Dövlət Gömrük Komitəsinin müvafiq qurumları tərəfindən istifadəyə yararsız, mənşəyi bilinməyən, həmçinin dövriyyəsi məhdudlaşdırılan və qadağan olunan malların məhvetmə prosesi həyata keçirilib.

Bakı. Dekabrın 25-də Dövlət Gömrük Komitəsinin müvafiq qurumları tərəfindən istifadəyə yararsız, mənşəyi bilinməyən, həmçinin dövriyyəsi məhdudlaşdırılan və qadağan olunan malların məhvetmə prosesi həyata keçirilib. Komitədən Trend-ə verilən məlumata görə, ümumilikdə, 2 929 ədəd alkoqollu və sərinləşdirici içkilər, 10 793 360 ədəd tütün və tütün məmulatı, 3 861 ədəd mobil telefonlar, 1 312 ədəd müxtəlif aksesuarlar, 58 242 ədəd istifadə müddəti birmiş dərman preparatları, 9 611 630 ədəd pirotexniki vasitələr məhv edilib.