Bakıda bankda 3 ədəd 100 manatlıq saxta əsginası dəyişmək istəyən şəxs tutulub


Digərləri 25 Dek 2018 14:25:33 314 0

Bakıda bankda 3 ədəd 100 manatlıq saxta əsginası dəyişmək istəyən şəxs tutulub

Polis əməkdaşlarının ayıq-sayıqlığı və çevikliyi sayəsində saxta pul dəyişmək istəyən şəxs cinayət başında yaxalanıb.

Bakı. Polis əməkdaşlarının ayıq-sayıqlığı və çevikliyi sayəsində saxta pul dəyişmək istəyən şəxs cinayət başında yaxalanıb. DİN Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, dekabrın 24-də Yasamal rayonu ərazisindəki bankların birinin filialında 3 ədəd 100 manatlıq saxta əsginası dəyişmək istəyən şəxs orada xidmət aparan Yasamal Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.