Futbolçulara cəza, klublara cərimə


İdman 25 Dek 2018 14:18:00 662 0

Futbolçulara cəza, klublara cərimə

Goal.az-ın federasiyanın rəsmi saytına istinadən yaydığı xəbərə görə, iclasda 

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunları  zamanı qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib.

Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunu olan “Sumqayıt” – “Neftçi” matçında “Sumqayıt”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

Oyunun 85-ci dəqiqəsində “Sumqayıt"ın futbolçusu Arif Daşdəmirov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunu olan “Sabah” – “Qəbələ” matçında “Sabah”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

Oyunun 83-cü dəqiqəsində “Sabah”ın futbolçusu Erik Ramos ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunu olan “Keşlə” – “Qarabağ” matçında “Qarabağ”ın 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

Oyunun 89-cu dəqiqəsində “Qarabağ”ın futbolçusu Yakub Jezniçak ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

Oyun başa çatdıqdan sonra “Qarabağ” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 800 manat cərimə olunub.