Təcavüzə görə həbs olunan futbolçu karyerasını bərpa etmək istəyir


İdman 25 Dek 2018 14:00:00 553 0

Təcavüzə görə həbs olunan futbolçu karyerasını bərpa etmək istəyir

İngiltərə Premyer Liqası tarixində bir neçə futbolçu həbsxanaya düşüb. Adam Consonun əhvalatı isə bu ölkənin futbol tarixində ən biabırçı hadisə sayılır.

Goal.az xəbər verir ki, yarımmüdafiəçi 15 yaşlı fanat qızı zorladıgına görə həbs olunub. Araşdırma zamanı bəlli olub ki, Adam qızın azyaşlı olduğunu bilirmiş. Ən maraqlısı isə odur ki, futbolçu həmin qızla əylənərkən onun həyat yoldaşı doğum evində ilk övladının dünyaya gəlişini gözləyirmiş. İstintaqçılar araşdırma zamanı Adamın noutbukunda və smarfonunda heyvanlara aid porno film aşkarlamışdılar.

Adam Johnson sunderland ile ilgili görsel sonucu

Təbii ki, “ilişən” futbolçu hələ istintaq dövründə sponsorlardan mərhum olub. Məhkəməyə bir ay qalanda isə Sunderlend klubu futbolçu ilə müqaviləni ləğv edib.

Azyaşlı qızı zorlayan Conson 6 il müddətinə həbs olunub. İlk dəfə düşdüyü həbsxana müəssisəsində onu ödürmək istəyiblər. “Stajlı” məhbuslar futbolçunun hansı səbəbdən cəzalandırıldığını yaxşı bilirdi. Elə birinci gün onun sifətini lezva ilə doğradılar. Conson buradan sağ çıxmayacaqdı. Ona görə başqa bir həbsxanaya göndərildi. Bura əvvəlkinə nisbətən qismən rahat idi: burada onu dögramadılar, sadəcə, döyür və təhqir edirdilər. Təsadüfən həbs olunduğunu iddia edən keçmiş futbolçu bir müddət sonra günahını etiraf etməli oldu. Bundan sonra problemləri azaldı. İndi gün ərzində bir neçə dəfə döyülürdü. Ümumiyyətlə, Consonun “yaşadığı” indiki həbsxana , digərləri ilə müqayisədə, rahat yerdir. Məhbusların saxlanma rejimi normaldır, nəzarətçilər heç kimi incitmir. Hətta deyilənlərə görə, buranın keçmiş məhbuslarından biri “ iki il burada yatmaqla arvadımın əzablarından dincəldim”, - deyə bildirib.

Adam Johnson sunderland ile ilgili görsel sonucu

Mart ayında Consonun cəzasının tam yarısı - 3 ili bitir. Onun üçün vaxtından əvvəl şərti azadlığa buraxılmaq şansı yaranıb. Keçmiş futbolçu bu şansdan yararlanmaq niyyətindədir. Həmçinin Adam azadlığa çıxandan sonra karyerasını bərpa etmək istəyir. İngiltərənin bir neçə klunbuna məktub göndərməklə daha bir şaans qazanmaq niyyətindədir. Onun bu fikri hamının, xüsusilə ailəsinin təəccübünə səbəb olub.

“Adamın klublara məktub göndərəcəyini eşidəndə elə bildim ki, zarafat edir. Amma o, ciddidir. Bu cür cinayətdən sonra yenidən futbola qayıtmaq mümkün deyil. Heç bir klub onu qəbul etməz”,- futbolçunun bacısı bildirib.

İlgili resim

Consonun karyerasını İngiltərə Premyer Liqasında bərpa etməsi baş tutmayacaq. Düzdür, təcrübəsi var. Bir vaxtlar ölkə millisində də oynayıb. Amma heç bir klub imicini korlamaq istəməz. Hətta onun nəinki İngiltərədə, Avropada oynamaq şansı belə, çox azdır.