"Hər yeni sözü dilə daxil etmək olmaz"


Digərləri 25 Dek 2018 13:46:00 609 0

"Hər yeni sözü dilə daxil etmək olmaz"

Hər gün olmasa da, hər ay dilə yeni sözlər daxil olur.

Son.az report-a istinadən xəbər verir ki, bunu Dövlət Dil Komissiyasının üzvü, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu deyib.

O bildirib ki, qloballaşma dövründə dilə beynəlmiləl sözlərin daxil olması normaldır: "Amma istənilən yeni sözü dilə daxil etmək olmaz. Bu məsələdə həssas davranmalıyıq. Həmin sözlərin Azərbaycan dilində qarşılığı varsa, onu istifadə etməliyik".