Yeniyetmələrə siqaret satanlara qarşı reydlər davam edir


Digərləri 25 Dek 2018 13:15:00 338 0

Yeniyetmələrə siqaret satanlara qarşı reydlər davam edir

Polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir.

DİN Mətbuat Xidmətindən Son.az-a verilən məlumata görə, dekabrın 24-də Nazirliyin Baş İctimai Təhlükəsizlik, Sumqayıt və Abşeron şəhər-rayon polis idarələrinin əməkdaşları birgə tədbirlər keçiriblər.

Reydlər nəticəsində Sumqayıt şəhəri ərazisində 3, Xırdalan şəhəri ərazisində isə 4 mağazada satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatı satmaları aşkar edilib.