Arzuladığı kimi qızının qarşısında dünyasını dəyişən xalq artisti VİDEO FOTO


Kriminal 25 Dek 2018 12:02:00 709 0

Arzuladığı kimi qızının qarşısında dünyasını dəyişən xalq artisti  VİDEO  FOTO

“Ölümünü bilirdi”.

ARB TV-nin "Bu qədər" proqramı bu dəfə mərhum aktyor, xalq artisti Telman Əliyevin həyatını işıqlandırıb.

Son.az bildirir ki, proqramda onun ailəsiylə yanaşı sənət dostları da xatirələrini bölüşüblər: Zemfira Əliyeva - Həyat yoldaşı: "Çox gözəl insan, həyat yoldaşı idi. Onun elə gözəl insani keyfiyyətləri var idi ki, hələ də mənim ürəyimdə yaşayır. Bütün ailələrə Telman müəllim kimi ailə başçısı arzu edirəm. Gəncə teatrında ən gözəl rolları ona verirdilər. Ən çox komediya rollarını ifa edirdi. Onun oynadığı tamaşadan sonra heç kim onu oynaya bilmədi. Hacıbaba müəllimlə, səhv etmirəmsə, Səyavuş müəllim Bakıya gəlməyi təklif etdi. Bakıya gəldik və Musiqili Komediya Teatrında işləməyə başladı. Çox gözəl rejissorluğu var idi. Bütün gənclərə kömək edirdi. Çox xoşbəxt müəllim idi. Tələbələr onu çox sevirdi. Tələbələr evə gəlib baş çəkdi. Durdu orada danışdı. Təşəkkür elədilər Telman müəllimə. Tələbələr gedəndə pəncərədən əl etdi. Gördüm ki, tamam dəyişdi. Bir stəkan su içməyə, həm də ona su gətirməyə keçdim. Həmin vaxtı gördüm ki, qızım içəridə qışqırdı. Suyu ona çatdıra bilmədim. Həyat yoldaşı kimi, xanım kimi çox boşluq hiss edirəm". Mətanət Həsənova - Qızı: "Atam haqqında keçmişdə olduğu kimi danışmaq çox ağırdır. Çox gözəl ata, çox gözəl insan idi. Bu sənətdə öz sözünü demiş şəxsiyyətlər siyahısındadır. Ömrünü sənətə həsr etmişdi. Atam bu sənət üçün doğulmuşdu. Bu sənətə çox bağlı insan olub. Kurs işini uğurla verən tələbələri baş çəkməyə gəlmişdilər. Tələbələrə həyatla bağlı, sənətlə bağlı ürək sözlərini dedi. Hiss edirdik ki, nəsə demək istəyir, amma bizi təşvişə salmaq istəmirdi. Sanki, ölümünü bilirdi. Atamın səsinə oyandım. Məni çağırdı, dedi ki, əlimi tut. Əlini tutanda hiss elədim ki, atam dilinin altında nəsə deyir. Sonradan bildim ki, atam kəlmeyi-şəhadəti deyirmiş. Əlindən tutanda 3 dəfə nəfəs aldı yanımda. Həmişə deyirdi ki, Allah mənim ölümümü sənin qabağında eləsin".


Xəbərə aid foto